Elşad Abdullayevin qardaşının katibəsi və onun qaynına hökm oxunub
13 avqust 2012 12:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva və onun qaynı Mübariz İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, B. Hacıyeva 7 il 11 ay 24 gün, M. İbadov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər əlbir olaraq bir çox ali məktəblərə qanunsuz yolla tələbə qəbulu həyata keçiriblər. 2009-cu ildə saxlanılan B. Hacıyeva məhkəmənin hökmü ilə 3 il şərti cəza alıb. Daha sonra axtarışda olan M. İbadov tutulub. Bundan sonra B. Hacıyevanın barəsində olan cinayət işi yenilənib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Hadisə
Bakıda gənc qızı avtomobil vurub
02:22
3 may 2024
Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb
01:17
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024