İranın xarici işlər naziri Qətərdə səfərdədir

İranın xarici işlər naziri Qətərdə səfərdədir
# 12 oktyabr 2012 07:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfər çərçivəsində Ə.Salehi Dohada Qətər əmiri, xəlifə Şeyx Həmid bin Əli Sani ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR