Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri Almaniyanın insan hüquqları və humanitar yardım üzrə müvəkkili ilə görüşüblər

Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri Almaniyanın insan hüquqları və humanitar yardım üzrə müvəkkili ilə görüşüblər
# 15 mart 2012 15:10 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisdə (MM) təmsil olunan siyasi partiyaların nümayəndələri Azərbaycanda səfərdə olan Almaniyanın insan hüquqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqlə görüşüblər. MM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qonaqları Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu yolunda son zamanlar görülən işlər, həyata keçirilən islahatlar, parlamentin beynəlxalq münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. Yeni Azərbaycan Partiyasının təmsilçiləri olan deputatlar Əhliman Əmiraslanov, Əhməd Vəliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Almaniya ilə çoxşaxəli əlaqələrinin mövcud olduğundan söhbət açıblar. Bildirilib ki, Milli Məclisin Bundestaqla əməkdaşlığı inkişaf edir.

M. Löninq ilk dəfə Azərbaycanda on il bundan əvvəl olduğunu, ötən müddətdə Bakıya 4 dəfə səfər etdiyini, hər gəlişində fərqli paytaxtla qarşılaşdığını deyib. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonağın sözlərinə görə, Almaniya münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR