Azərbaycan İstanbulda keçiriləcək II Beynəlxalq Ali Təhsil Konqresində iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək II Beynəlxalq Ali Təhsil Konqresində iştirak edəcək
# 30 aprel 2012 12:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Mayın 4-dən 5-dək Türkiyənin İstanbul şəhərində “Ali təhsildə meyllər: innovasiya və təşəbbüskarlıq” mövzusunda II Beynəlxalq Konqres keçiriləcək.

Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iki gün davam edəcək beynəlxalq tədbirə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov dəvət olunublar.

Bildirilir ki, ATİ-nin rektoru C.Cəfərov 2009-cu ildə Türkiyənin Fatih və İstanbul Universitetlərinin birgə təşkilatçılığı ilə keçirilmiş I Beynəlxalq Ali Təhsil Konqresinin də iştirakçısı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR