Azərbaycanlı deputat AŞPA Komitəsinin iclasında iştirak edəcək

Azərbaycanlı deputat AŞPA Komitəsinin iclasında iştirak edəcək
# 02 iyun 2012 15:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin Fransanın paytaxtı Paris şəhərində keçirilən iclasında iştirak edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə «Avropada müsəlman qadınlar» mövzusunda məruzə dinləniləcək, Fransada milli inkişaf, Avropada millətçilik, miqrasiya və ksenofobiyaya qarşı mübarizədə QHT-lərin rolu və digər mövzularda müzakirələr aparılacaq. İclasda həmçinin yeni məruzəçilərin və nümayəndələrin təyin edilməsi məsələlərinə də baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR