Qusarda avtomobil 31 yaşlı piyadanı vuraraq öldürüb

Qusarda avtomobil 31 yaşlı piyadanı vuraraq öldürüb
# 09 mart 2012 08:52 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Bu gün səhər saatlarında Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qusar rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, qəza Qusar-Quba yolunun 1-ci km-də qeydə alınıb. Qusar şəhər sakini, 1987-ci il təvəllüdlü Əmirxanov Bəhlul Fərhad oğlu idarə etdiyi “VAZ 21011” markalı, 10 BP 068 markalı dövlət nömrəli nişanlı avtomaşınla Qusar şəhər sakini, 1981-ci il təvəllüdlü Evladov Əlyar Beytulla oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü Bəhlul Əmirxanov qəzadan sonra Qusar rayon Polis Şöbəsinə gələrək hadisə barədə məlumat verib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR