ABŞ-ın Massaçusets Texnologiyaları İnstitutu Bakıda güclü zəlzələ olacağı barədə xəbərləri təkzib edib

ABŞ-ın Massaçusets Texnologiyaları İnstitutu Bakıda güclü zəlzələ olacağı barədə xəbərləri təkzib edib
# 10 oktyabr 2012 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (ABŞ) professoru Robert Relinger deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum heç vaxt zəlzələnin proqnozunu qabaqcadan vermir: “Biz Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə aparılan araşdırmaların nəticələrinə əsasən bildirmişdik ki, Bakıdan 100 km cənuba doğru ərazi seysmik baxımdan daha aktivdir. Biz yalnız bunu qeyd etmişik”.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda sözügedən instituta istinadən Bakıda güclü enerji toplanılması ilə bağlı məlumat yayılmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR