Astarada vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib - FOTO

Astarada vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib - <font color=red>FOTO</font>
# 18 oktyabr 2012 12:32 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Bu gün Astara şəhərində ölkənin sayca 37-ci olan vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, 6 saylı Ərazi Vergilər İdarəsinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən açılış mərasimində vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək, sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən bu cür xidmət mərkəzlərinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, pulsuz fəaliyyət göstərən xidmət mərkəzində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxmaq, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə etmək imkanına malik olacaqlar.

Tədbirdə həmçinin cari ilin sonunadək daha 3 belə mərkəzin istifadəyə verilməsinin nəzərdə tutulduğu da diqqətə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR