«ALBALI» kartları üzrə nağdlaşdırma aksiyasına start verilib

«ALBALI» kartları üzrə nağdlaşdırma aksiyasına start verilib
# 24 sentyabr 2012 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Unibank» ASC-də faizsiz «ALBALI» taksit-kartları üzrə nağdlaşdırma aksiyasına start verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kartın nominalından asılı olmayaraq, onların sahibləri artıq bankomatlar vasitəsi ilə 200 manata qədər nağd pul ala bilərlər.

ATM-lərdə nağdlaşdırıla biləcək məbləğlər müvafiq olaraq 100, 150 və 200 manata bərabər olmalıdır. Bütün «ALBALI» kart sahibləri bu zaman cəlb etdikləri vəsaitləri sonrakı 3 ay ərzində bərabər hissələrlə ödəyəcəklər. Nağdlaşdırma əməliyyatlarına görə tətbiq olunan bankın vahid komissiyası 5% təşkil edir.

Qeyd edək ki, «ALBALI» kartları müştərilər tərəfindən həmçinin nağdsız əməliyyatlar üçün geniş istifadə olunur. Bu kartlar vasitəsi ilə sayı artıq 84-ə çatan «Unibank» tərəfdaşlarının ticarət və servis nöqtələrindəki POS-terminallarda müxtəlif növ xidmət və malların alınması təmin edilir. Digər taksit-kartlarından fərqli olaraq, «ALBALI» kartları POS-terminallar ilə bərabər bir sıra internet-mağazalarda qəbul olunur. Alınacaq malların dəyəri hissə-hissə bir neçə ay ərzində (12 ayadək) hər növbəti ayının 1-dən 10-dək ödənilir. Bundan başqa, «ALBALI» kartları üzrə aparılan əməliyyatlar zamanı müəyyən faizlər müştərilərə bonus kimi qaytarılır.

Xatırladaq ki, faizsiz «ALBALI» taksit-kartları «Unibank» tərəfindən iyulun 13-dən buraxılır. Bu kartlar illik faiz dərəcəsi 0% olan 3000 manatadək məbləği, heç bir komissiyasız, 36 aya qədər cəlb etməyə imkan verir. «ALBALI» kartlarının sifarişi yalnız iş yerindən arayış əsasında və zaminsiz aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR