BFB-da Azərbaycan Mərkəzi Bankının 10 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 10 mln. manatlıq notları yerləşdirilib
# 17 oktyabr 2012 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104234S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 14 mln. manat təşkil edib. Sifarişlər 99,7983% (gəlirlik 2,60%) – 99,7500% (gəlirlik 3,22%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7908% (gəlirlik 2,70%), orta ölçülmüş qiyməti isə 99,7927% (gəlirlik 2,67%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il noyabrın 14-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR