Gürcüstan Tuvalu dövləti ilə diplomatik əlaqələri kəsib

Gürcüstan Tuvalu dövləti ilə diplomatik əlaqələri kəsib
# 16 fevral 2012 18:45 (UTC +04:00)
Bakı-APA. Gürcüstan Tuvalu dövləti ilə diplomatik münasibətləri kəsib.
APA-nın apsny.ge saytına istinadən verdiyi xəbərə görə, buna dair müvafiq fərmanı Gürcüstan prezidenti Mixail Saakaşvili imzalayıb. Gürcüstan və Tuvalu diplomatik münasibətləri 2011-ci ilin fevralında qurublar. Diplomatik münasibətlərin kəsilməsi barədə qərar Tuvalunun Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanıması ilə bağlıdır.
Qeyd edək ki, Tuvalu dünyanın ən kiçik ölkələri arasında 4-cüdür. Ərazisi cəmi 25,9 kv km olan (Azərbaycandan 3331 dəfə kiçik) və 9 adadan ibarət bu ölkə dünyada yalnız Vatikan, Monako və Naurudan böyükdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR