Azərbaycan prezidenti Bərdə rayonunda səfərdə olub - FOTO

Azərbaycan prezidenti Bərdə rayonunda səfərdə olub - <font color=red>FOTO</font>
# 07 oktyabr 2012 21:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, prezident rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülmüş işlər barədə məlumat verib.

Prezident Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak edib. Daha sonra ölkə başçısı rayondakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

Prezident Bərdədə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə, həmçinin rayondakı Nüşabə parkında yaradılmış şəraitlə tanış olub.

Dövlət başçısı burda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sakinlər göstərdiyi diqqət və qayğıya görə prezidentə minnətdarlıqlarını bildiriblər.

Prezident daha sonra Bərdədə çörək istehsalı müəssisəsinin açılışında iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR