Əli Həsənov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasa, heç bir beynəlxalq təşkilat bu sahədə ciddi irəliləyişə nail ola bilməyəcək” - YENİLƏNİB

Əli Həsənov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasa, heç bir beynəlxalq təşkilat bu sahədə ciddi irəliləyişə nail ola bilməyəcək” - <font color=red>YENİLƏNİB</font>
# 12 mart 2012 10:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

“Çünki Rusiya bu işə əl qoymasa, münaqişənin həlli istiqamətində səylərini artırmasa, nə ATƏT, nə onun Minsk qrupu, nə BMT, nə də digər beynəlxalq təşkilatlar bu sahədə ciddi irəliləyişə nail ola biləcək. Çünki Rusiyanın Ermənistan üzərindəki təsiri həddindən artıq çoxdur”, - deyə PA rəsmisi bildirib.

Ə. Həsənov bildirib ki, Rusiya faktiki olaraq siyasi, iqtisadi, sosial, hərbi və digər məsələlərdə Ermənistan üzərində mühüm təsir qüvvəsinə malikdir: “Rusiya Ermənistana təsirli təzyiq göstərməklə, bu ölkəni konstruktiv istiqamətə yönəldə bilər. Biz Ermənistandan çox şey istəmirik. Sadəcə, danışıqlarda konstruktiv mövqeyə yaxınlaşsın. Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmasını, Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlıların vətəndaş, milli, etnik hüquqlarının bərpası üçün Azərbaycana şərait yaratmasını istəyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR