Balakən sakininin həyətyanı sahəsində küllü miqdarda çətənə kolu aşkarlanıb

Balakən sakininin həyətyanı sahəsində küllü miqdarda çətənə kolu aşkarlanıb
# 17 sentyabr 2012 06:51 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakinin yaşadığı evin həyətyanı sahədə küllü miqdarda narkotik tərkibli bitki aşkar edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində axtarış-əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir zamanı rayonun Şərif kənd sakini Qebeyev Şamil Seyfullah oğlunun yaşadığı evin həyətyanı sahəsində xüsusi kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 120 kq olan 39 ədəd narkotik bitki hesab edilən çətənə kolu aşkar edilib.

Çətənə kolları həyətyanı sahədən yığılıb.

Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR