Avropanın ən bahalı turizm obyektlərinin reytinqi tərtib olunub

Avropanın ən bahalı turizm obyektlərinin reytinqi tərtib olunub
# 20 avqust 2012 11:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «ticarət nişanı»nın qiymətləndirilməsi 10 parametr üzrə aparılıb. Bu, obyektin iqtisadi, sosial, mədəni və s. turizm və iqtisadi cəlbedicilik reytinqlərində birləşən parametrlər olub.

Eyni zamanda, reytinq hazırlanarkən turizm obyektinin populyarlığı, yerli iqtisadiyyatın xüsusiyyətləri və onu nə qədər ziyarət olunması nəzərə alınıb. İqtisadi cəlbedicilik reytinqinin hazırlanması zamanı isə obyektin işçilərinin sayı, onun ziyarət etmək mümkünlüyü və xarici turistlərin səfərləri nəzərə alınıb.

Nəticədə, bu parametrlər nəzərə alınaraq, Avropanın ən bahalı turizm obyekti Parisdə yerləşən Eyfel qülləsi elan olunub. Qüllə 434 mlrd. avro məbləğində qiymətləndirilib. Bu isə Romada yerləşən Kolizeydən təxminən 5 dəfə çoxdur. Kolizey 91 mlrd. avro dəyərində qiymətləndirilib.

Eyni zamanda, ən bahalı «markalar» sırasına «Milan» da daxil olub. Lakin burada bir neçə obyekt birləşdirilib. Bura həm dəb podiumları, kafedral kilsə, «La-Skala» teatrı və s. daxil olub. Bunların ümumi dəyəri 270 mlr. avro təşkil edib.

Avropanın bahalı diqqətə layiq yerləri sırasına həmçinin London Taueri (70 mlrd. avro), Londonda yerləşən Stounhenc (10,5 mlrd. avro) və Barselonadakı Saqrada Familiya kilsəsi (90,366 mlrd. avro) daxil olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR