Bakıda 30 yaşlı qadın intihar edib

Bakıda 30 yaşlı qadın intihar edib
# 26 iyul 2012 08:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xəzər rayon Prokurorluğundan bildirilib.

Hadisə Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan, 30 yaşlı Şəfayət Atamoğlan qızı Rzayeva yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri barədə məlumat verilməsə də, onun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR