ABŞ prezidenti Pentaqondan Əfqanıstanda dinc sakinlərin qətlə yetirilməsinin araşdırılmasını tezləşdirməyi tələb edib

ABŞ prezidenti Pentaqondan Əfqanıstanda dinc sakinlərin qətlə yetirilməsinin araşdırılmasını tezləşdirməyi tələb edib
# 13 mart 2012 18:50 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Qəndaharda dinc sakinlərin ABŞ əsgəri tərəfindən qətlə yetirilməsi faktını Pentaqondan əsaslı şəkildə
araşdırmağı tələb edib.
APA-nın verdiyi xəbərə görə, Obama Ağ Evdə çıxışında, ABŞ-ın müdafiə nazirliyinə insidentdə əli olanların müəyyən edilməsi və cəzalandırılması barədə göstəriş verib.
Xatırladaq ki, martın 11-də hərbi hissəni tərk edən ABŞ əsgəri qışlağa gedərək qarşısına çıxan hər kəsi güllələyib. Ölən 16 nəfərin əksəriyyəti qadın və uşaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR