Azərbaycan çempionunun UEFA kubokunun elit-raundunda rəqibləri sentyabrın 13-də bilinəcək

Azərbaycan çempionunun UEFA kubokunun elit-raundunda rəqibləri sentyabrın 13-də bilinəcək
# 11 sentyabr 2012 13:00 (UTC +04:00)
Bakı-APA. Futzal üzrə UEFA kubokunun elit-raundunda mini turnirlərə ev sahibliyi edəcək komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayacaq 16 klubdan 4-ü öz qrupunun oyunlarını qəbul edəcək. Bunlar İspaniyanın “Mursiya”, Serbiyanın “Ekonomak”, Sloveniyanın “Litija” və Gürcüstanın “İberiya” komandalarıdır.

Bu klublardan başqa, “Dyor” (Macarıstan), “Luparense” (İtaliya), “Slov Matik” (Slovakiya), “Nikars” (Latviya), “Energiya” (Ukrayna), “Xrudim” (Çexiya), “Dinamo” (Moskva, Rusiya), MNK (Xorvatiya), “Barselona” (İspaniya), “Benfika” (Portuqaliya) və “Kayrat” (Qazaxıstan) da Azərbaycan çempionu “Araz” kimi elit-raundda oynayacaq.

Elit-raundun püşkü sentyabrın 13-də İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR