Emin yeni sinqlı ilə Rihanna və “Coldplay”i arxada qoyub

Emin yeni sinqlı ilə Rihanna və “Coldplay”i arxada qoyub
# 10 may 2012 10:04 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Eminin "Baby get higher" adlı yeni sinqlı Böyük Britaniya radiosunun hit-paradlarına daxil olub. APA-nın müğənninin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, sinql Rihanna və “Coldplay” rok qrupunun yeni hitlərini belə arxada qoyub. Mahnını həftə ərzində 18 milyondan çox dinləyici eşidib.

"Only Love Will Set You Free" mahnısı ilə “Eurovision-2012”də Britaniyanı təmsil edən Englebert Humperdink hazırda radionun hit-paradlarında 49-cu yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR