Berti Foqts: “Əgər mənə nəticə lazım olsaydı, hər 3 oyunda qələbə qazanardıq”

Berti Foqts: “Əgər mənə nəticə lazım olsaydı, hər 3 oyunda qələbə qazanardıq”
# 09 mart 2012 09:41 (UTC +04:00)
Bakı – APA. “Çox şadam ki, Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi. Onu təbrik edirəm. Çünki bu şəxs Azərbaycan futbolunun inkişafı üçün böyük vəsait xərcləyir, xeyli işlər görür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

AFFA-nın bu gün keçirilən növbəti hesabat-seçki konfransında iştirak edən almaniyalı mütəxəssis tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Foqts Dubay toplanışından danışaraq, Sinqapur (2:2) və Fələstinlə (0:2) oyunlarda qələbə qazana bilməməyin səbəbini açıqlayıb: “Məqsədimiz nəticə yox, yeni oyunçuları sınamaq idi. Əgər mənə nəticə lazım olsaydı, hər 3 matçda əsas heyəti buraxıb bütün qarşılaşmalarda qələbə qazanardıq. Lakin biz DÇ-2014-üç seçmə mərhələsinə hazırlaşırıq. Bu üzdən namizədləri yoxlamalıydıq”.

Foqts Dubay toplanışına aparılan köməkçilərindən də razı qalıb: “Nazim Süleymanov və qapıçılarla işləyən Etibar Tarıverdiyevin iş prinsiplərindən razı qaldım. AFFA rəhbərliyinə müraciət edəcəyəm ki, onlarla müqavilə imzalasınlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR