Azərbaycanlı futbol məşqçisi Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayıb

Azərbaycanlı futbol məşqçisi Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayıb
# 10 iyul 2012 12:37 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Azərbaycan milli komandasının sabiq məşqçisi Faiq Əzizov xaricdə çalışacaq. Qapıçılarla işləyən məşqçi apasport.az saytına açıqlamasında Səudiyyə Ərəbistanın “Əl Tavun” klubu ilə 1 illik müqavilə bağladığını bildirib.

Bu ölkənin yüksək liqasında təmsilçimiz olacaq Əzizov millimizdə birgə çalışdığı makedoniyalı Qyoko Hacıyevskinin dəvətini qəbul edib: “Bura gəlişim Hacıyevskinin sayəsində baş tutdu. O, milli komandamızı çalışdırdığı 4 ayda birgə işləmişik. Bildiyiniz kimi, makedoniyalı mütəxəssis 2-ci mövsüm burada çalışacaq. Ötən mövsüm Səudiyyə Ərəbistanının digər klubunun baş məşqçisi olan Hacıyevski “Əl-Tavun”a gəlişindən sonra məni bura dəvət etdi. Mənim də milli ilə müqaviləm başa çatdığından və sərbəst olduğumdan təklifi qəbul etdim”.

Qeyd edək ki, 2006-cı ildən millimizdə fasiləsiz çalışan Əzizov 4 il hazırkı baş məşqçi Berti Foqtsun komandasında yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR