Azərbaycan «Azərspace-1» peykinin orbitə buraxılması növbəsini gözləyir

Azərbaycan «Azərspace-1» peykinin orbitə buraxılması növbəsini gözləyir
# 04 oktyabr 2012 08:48 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

E.Vəlizadənin sözlərinə görə, Azərbaycan hazırda «Azərspace-1» peykinin orbitə buraxılması üçün növbəsini gözləyir.

Qeyd edək ki, «Azərspace-1» telekommunikasiya peykinin 2012-ci ilin sonunda-2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır. Peykin istehsalı isə ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən aparılıb. Bu ilin avqust ayında peykin orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın «Marsh» sığorta brokeri vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb.

E.Vəlizadə bildirib ki, peykin buraxılmasından sonra Avropa, Asiya və Afrika ölkələri onun imkanlarından yararlana biləcək və artıq bu ölkələr tərəfindən peykə böyük maraq göstərilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR