Almaniyada Gənc Təbiblərin 2-ci Almaniya Forumu keçiriləcək

Almaniyada Gənc Təbiblərin 2-ci Almaniya Forumu keçiriləcək
# 12 iyul 2012 08:57 (UTC +04:00)
Bakı-APA. İyulun 14-15-də Almaniyanın Mannheim şəhərində Gənc Təbiblərin 2-ci Almaniya Forumu keçiriləcək. Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, forum AzerMDS və ASAİF-ın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçirilir.
Almaniyanın Mannheim və Heidelberg şəhərlərində keçiriləcək forum dünyanın ən qədim universitetlərindən biri olan Heidelberg Universiteti və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib. Forumun məqsədi səhiyyə idarə etməsi və fərqli tibbi ixtisaslar sahəsində mövcud olan ən müasir biliklərin ölkəmizə nəql edilməsi və bu biliklərin millətimizin sağlamlığı naminə tətbiq edilməsinə töhfə verməkdir. Forum, həm də dünyanın müxtəlif ölkələrində təhsil alan və işləyən azərbaycanlı gənc həkimlər arasında, eləcə də onlarla ölkəmizin səhiyyə qurumları arasında dinamik və yaradıcı ünsiyyətin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.

Forumda Gənclər Fondunu fondun Layihələr və Regionlarla İş sektorunun müdiri Vaqif Seyidbəyov təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR