AMEA İnsan Hüquqları İnstitutunun direktoru: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal qurulmalıdır” - FOTO

AMEA İnsan Hüquqları İnstitutunun direktoru: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal qurulmalıdır” - <font color=red>FOTO</font>
# 17 fevral 2012 09:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir” mövzusunda keçirilən elmi sessiyada səslənib.

Sessiyada “Xocalı hadisələri beynəlxalq hüquqa əsasən soyqırım kimi qiymətləndirilir” adlı ingilis, rus, alman və fransız dillərində kitabın təqdimatı da keçirilib. İnstitutun direktoru Aytən Mustafayeva bildirib ki, kitabda Xocalı hadisələrinin beynəlxalq hüquqa əsasən məhz soyqırım olduğu sənədlərin dili ilə öz əksini tapıb: “Bu faciə yalnız bizim dediyimizə görə soyqırımı deyil. Bu faciə beynəlxalq hüququn dilində də soyqırımıdır. Hazırlanan sənəddə Xocalı hadisələrinin soyqırım adlanması üçün bütün əsaslar var. Erməni quldurları günahsız insanları məhz etnik mənsubiyyətinə görə qətlə yetiriblər. Bu sənəd bütün beynəlxalq təşkilatlara, parlamentlərə göndəriləcək. Əsas məqsədimiz Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın olmasıdır”.

Digər tədbir iştirakçıları da Xocalı faciəsi haqqında fikirlərini bölüşüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR