Lənkəranda yol qəzasında bir nəfər ölüb

Lənkəranda yol qəzasında bir nəfər ölüb
# 12 may 2012 04:47 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən axşam saat 21.30 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Lənkəran şəhər sakini, 1963-cü il təvəllüdlü Nazim Adil oğlu Səfərovun idarə etdiyi “VAZ-2109” markalı, 10 HA 568 dövlət nömrə nişanlı avtomaşın qarşı tərəfdən gələn Bakı şəhər sakini Natiq Əliyevin idarə etdiyi “Mersedes” markalı, 10 VJ 860 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2109” markalı avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. İlkin versiya kimi hadisəyə hər iki avtomobilin sürət həddini aşmasının səbəb olduğu bildirilir.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR