Deputat Qənirə Paşayeva Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib

Deputat Qənirə Paşayeva Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib
# 26 mart 2012 14:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilib. APA-nın məlumatına görə, deputat Avronestin Siyasi Komitəsində Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, aprelin 2-4-də Bakıda Avronest Parlament Assambleyasının plenar iclası keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri millət vəkili Elxan Süleymanovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR