Qəbələ rayon sakinindən külli miqdarda narkotik götürülüb

Qəbələ rayon sakinindən külli miqdarda narkotik götürülüb
# 03 iyul 2012 16:54 (UTC +04:00)
Ucar. Elvin Yaqubov – APA. Azərbaycanın Qəbələ rayon sakinindən külli miqdarda narkotik götürülüb. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Süleymanov Nemət Misir oğlu Ucar rayonunda şərti alıcıya 2 kiloqram 70 qram qurudulmuş marixuana satarkən polis tərəfindən saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan xüsusi üsulla becərilmiş 15 ağac (17 kiloqram 355 qram marixuana) aşkar edilərək götürülüb.

Faktla bağlı Ucar rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR