“Sendi” qasırğası ilə əlaqədar BMT-nin mənzil-qərargahı və Nyu-York Fond Birjası fəaliyyətini dayandıracaq

“Sendi” qasırğası ilə əlaqədar BMT-nin mənzil-qərargahı və Nyu-York Fond Birjası fəaliyyətini dayandıracaq
# 29 oktyabr 2012 07:40 (UTC +04:00)
APA-nın Vaşinqtona ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, proqnozlara əsasən sabah səhər saatlarında ABŞ-ın Şərq sahillərinə çatacaq qasırğa səbəbilə bütün bölgədə tranzit sistemlər və məktəblər bağlı elan olunub. Sinoptiklərin məlumatlarına görə, qasırğa Vaşinqton və Nyu-Yorku da vuracaq. Artıq daşqın təhlükəsinin mövcud olduğu Nyu-Yorkun sahilyanı rayonlarının əhalisi evakuasiya olunub.

Qasırğa xəbərdarlığı ilə əlaqədar BMT-nin binası bağlanıb. 1985-ci ildə “Qloriya” qasırğasından sonra ilk dəfə Nyu-York Fond Birjası da bağlanacaq. Birjada yalnız elektron satışlar həyata keçiriləcək. Qasırğa ilə əlaqədar prezidentliyə namizədlər Barak Obama və Mitt Romni seçki kampaniyası çərçivəsində gözlənən səfərləri təxirə salıblar.

Qasırğa xəbərdarlıq federal mənzil qərargahına baş çəkən prezident Barak Obama vətəndaşlara “Sendi”nin ölkə ərazisində asta templə hərəkət edəcək böyük və ciddi qasırğa olacağı ilə bağlı xəbərdarlıq edib. O hakimiyyət strukturlarını qasırğanın nəticələrinin daha tez aradan qaldırmaq üçün səfərbər olmağa çağırıb.

Qasırğanın təxminən 50 milyon insanın yaşadığı ərazilərdən keçəcəyi gözlənilir.

İlkin məlumata görə, “Sendi” qasırğası artıq Karib dənizində 66 nəfərin ölümünə səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR