INOGATE layihəsi Azərbaycanda enerjiyə qənaət tədbirləri keçirmək üçün bina axtarır

INOGATE layihəsi Azərbaycanda enerjiyə qənaət tədbirləri keçirmək üçün bina axtarır
# 09 fevral 2012 08:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. INOGATE-in yeni “İnşaat sektorunda enerjiyə qənaət təşəbbüsü” layihəsinin rəhbəri Roberto Vayna Azərbaycana səfər edib.

APA-Economics”in INPI informasiya mərkəzinə istinadən xəbərinə görə, altı günlük səfərin məqsədi Azərbaycanda layihəyə start verilməsidir. Artıq bununla əlaqədar enerjiyə qənaət texnologiyaları haqqında saziş imzalanıb.

R.Vayna Azərbaycan Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri ilə görüşlər keçirib. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə tərəflər enerji auditi üçün bina seçilməsi və orada enerjiyə qənaət tədbirlərinin keçirilməsini müzakirə ediblər. Azərbaycan mühəndislərindən ibarət nümayəndə heyəti fevralın 27-29-da enerji auditi üzrə Daşkənddə keçiriləcək treninqlərə dəvət olunub.

Qeyd edək ki, INOGATE layihəsi AB tərəfindən maliyyələşdirilir. Layihə enerji sahəsində AB və tərəfdaş ölkələr, o cümlədən Azərbaycan arasında beynəlxalq əməkdaşlıq proqramıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR