Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,02% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,02% yüksəlib
# 10 sentyabr 2012 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 307 bəndədək, S&P 500 0,4% - 1 438 bəndədək, Nasdaq 0,02% - 3 136 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə əsasən daxili amillər təsir edib. O cümlədən, investorlar iqtisadiyyatı stimullaşdıracaq yeni addımların atılmasına ümid edirlər ki, bu da bazarda ümumi müsbət mühit yaradır.

Avropa fond bazarlarında sentyabrın 7-də FTSE 100 indeksi 0,3% - 5 795 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 215 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 519 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 704,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2817 (+1,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR