Gürcüstanda həbsxana işçiləri patrul polisi əməkdaşları ilə əvəz olunur

Gürcüstanda həbsxana işçiləri patrul polisi  əməkdaşları ilə əvəz olunur
# 19 sentyabr 2012 17:52 (UTC +04:00)
Bakı-APA. Gürcüstanda Qldan həbsxanasının işçiləri müvəqqəti olaraq patrul polisi əməkdaşları ilə əvəz edilir.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin nümayəndəsi Şota Utiaşvili bildirib. O deyib ki, bu qərar Qldan həbsxanasında dustaqların işgəncələrə məruz qalması barədə telekanalların nümayiş etdirdiyi kadrlardan sonra qəbul edilib.
Prezident Mixail Saakaşvili baş nazir Vano Merabeşviliyə Gürcüstanın penitensiyar sistemində əsaslı islahatların aparılmasını tapşırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR