Müsavat Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini müzakirə edib - FOTO

Müsavat Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini müzakirə edib - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 14:00 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə həsr olunmuş tədbir keçirib.

APA-nın məlumatına görə, toplantıda çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müşahidə apardığı məntəqələrdə ciddi seçki pozuntusu qeydə alınmadığını və seçkilərin demokratik, şəffaf keçdiyini bildirib.

Onun sözlərinə görə, partiya müşahidəsini əsasən azərbaycanlılar məskunlaşan ərazidə keçirib: “Biz soydaşlarımızın çoxluq təşkil etdiyi ərazidə seçkiləri müşahidə etdik və eyni zamanda soydaşlarımızın vəziyyəti ilə maraqlandıq. Bizim müşahidə etdiyimiz 14 məntəqənin hamısında azərbaycanlılar fəal iştirak edirdilər. Onlar seçki saxtakarlığına yol vermədiyimiz üçün bizə təşəkkür etdilər”.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə Gürcüstanda qəbul edilən Seçki Məcəlləsinin demokratik olduğunu diqqətə çatdırıb.

Müsavat başqanının digər müavini Tofiq Yaqublu Gürcüstan hakimiyyətinin demokratik seçki keçirmək iradəsini ortaya qoyduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR