Türkiyənin Şanlıurfa şəhərindəki həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 13 nəfər ölüb

Türkiyənin Şanlıurfa şəhərindəki həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 13 nəfər ölüb
# 17 iyun 2012 02:27 (UTC +04:00)
APA-nın CNNTÜRK istinadən verdiyi xəbərə görə, Şanlıurfa valisi Cəlalətdin Güvənc bildirib ki, dustaqlar yataq dəstləri yandırıb, müxtəlif şüarlar səsləndiriblər. Yanğının digər kameralara keçdiyi bildirilir.

Hadisə yerinə gələn polis qüvvələri həbsxananı mühasirəyə alıblar, jandarma dəstələri üsyanı yatırtmaq üçün tədbirlər görüb. Üsyan barədə xəbər tutan 500 yaxın dustağın qohumları həbsxananın qarşısına toplaşıb.

Bir qədər sonra Cəlalətdin Güvənc bildirib ki, həbsxanada üsyan yox, dustaqlar arasında dava düşüb. Həbsxanada vəziyyət polisin tam nəzarəti altındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR