“Gürcü Arzusu” ilə Vahid Milli Hərəkat arasındakı fərq bir qədər azalıb

“Gürcü Arzusu” ilə Vahid Milli Hərəkat arasındakı fərq bir qədər azalıb
# 02 oktyabr 2012 08:10 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, proporsional sistem üzrə bülletenlərin 15,35%-i sayıldıqdan sonra müxalif “Gürcü Arzusu” bloku ilə hakimiyyətdəki Vahid Milli Hərəkat arasındakı fərq bir qədər azalıb. “Gürcü Arzusu” 52,77%, Vahid Milli Hərəkat 42,08% səs toplayıb. Digər partiyalar proporsional sistem üzrə parlamentdə təmsil olunmaq üçün tələb olunan 5%-lik minimum baryeri keçə bilməyiblər.

İlkin məlumatlara əsasən 73 majoritar dairənin 28-də “Gürcü Arzusu”nun, 24-də isə Vahid Milli Hərəkatın namizədləri öndə gedir. 21 dairənin məlumatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, yeni parlamentdə 77 millət vəkili proporsional, 73 millət vəkili isə majoritar sistem əsasında mandat alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR