Azərbaycandakı sığorta şirkətləri investisiyalarını əsasən bank depozitlərində yerləşdirir

Azərbaycandakı sığorta şirkətləri investisiyalarını əsasən bank depozitlərində yerləşdirir
# 04 iyul 2012 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil olan sığorta şirkətlərinin ümumi investisiya portfeli 7,5 mln. manata çatıb. «APA-Economics»in məlumatına görə, bunu Büronun icraçı direktoru Elxan Quliyev bu gün Bakıda keçirilən beynəlxalq sığorta forumunda bildirib.

Onun sözlərinə görə, sığorta şirkətlərinin investisiyaları ölkədə fəaliyyət göstərən 8 bank təşkilatına depozit kimi yerləşdirilib. «Bankların faiz dərəcələrinin yüksək olduğunu nəzərə alaraq mövcud vəziyyətdə sığorta təşkilatları bank depozitlərinə üstünlük verir. Üzv təşkilatların investisiyaları aparıcı banklarda yerləşdirilir».

E.Quliyev yerli sığorta şirkətlərinin yaxın 1-2 il ərzində digər investisiya alətlərindən istifadə etməyi düşünmədiyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR