Ərdoğan: «Ankarada endirilmiş təyyarə Rusiyadan Suriyaya hərbi yük daşıyırmış»

Ərdoğan: «Ankarada endirilmiş təyyarə Rusiyadan Suriyaya hərbi yük daşıyırmış»
# 11 oktyabr 2012 19:48 (UTC +04:00)
Bakı-APA. Dünən Moskvadan Dəməşqə uçan və Türkiyədə yerə endirilən sərnişin təyyarəsi mülki aviasiya qaydalarını pozaraq hərbi təyinatlı yük daşıyırmış. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. «Sözügedən yük Rusiya şirkəti tərəfindən Suriya müdafiə nazirliyinə göndərilirmiş», deyə Türkiyənin baş naziri bildirib.

Türkiyə baş naziri şirkətin Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli olduğunu bildirsə də, onun adını çəkməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR