Bakıda Şərqi Avropa və Mərkəzi Asiya ölkələri milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu keçirilir - FOTO

Bakıda Şərqi Avropa və Mərkəzi Asiya ölkələri milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu keçirilir - <font color=red>FOTO</font>
# 18 iyun 2012 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Şərqi Avropa və Mərkəzi Asiya ölkələri milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu işə başlayıb.
«APA-Economics»in məlumatına görə, forum Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycanla yanaşı, Rumıniya, Xorvatiya, Belarus, Albaniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstan və s. ölkənin texniki tənzimləmə və standartlaşdırma sahəsi üzrə milli orqanların rəhbər şəxsləri iştirak edir.
SMPDK sədri Ramiz Həsənov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin beynəlxalq tələblər səviyyəsində inkişafı səviyyəsini öyrənmək, qarşılıqlı əlaqələrin təmin edilməsi üçün zəruri tədbirlər görmək və keyfiyyət infrastrukturunun yaradılması və inkişafı istiqamətində milli standartlaşdırma qurumlarının rolunu qabartmaqdır.
Qeyd edək ki, iyun ayının 20-dək davam edəcək forumda ISO-nun baş katibi Rob Stilin də iştirak edir.
ISO-nun təşkilatçılığı ilə sonuncu belə forum 27-29 fevral 2012-ci il tarixlərində Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilib.
Xatırladaq ki, Azərbaycan 2003-cü ildən ISO-nun tam hüquqlu üzvüdür. Bu müddət ərzində SMPDK ISO ilə sıx əməkdaşlıq əlaqələri qurub. Komitə təşkilatın texniki komitələrində fəal iştirak edir, ISO standartlarının ölkəmizdə harmonizasiyası və tətbiqi istiqamətində fəal iş aparır. Hazırda 50-dək ISO standartı milli standart kimi təsdiq edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR