Suriyaya məxsus sərnişin təyyarəsi Ankaradan Dəməşqə yola düşüb

Suriyaya məxsus sərnişin təyyarəsi Ankaradan Dəməşqə yola düşüb
# 11 oktyabr 2012 02:22 (UTC +04:00)
Bakı-APA. Göyərtəsində Rusiya vətəndaşlarının da olduğu Suriyaya məxsus sərnişin təyyarəsi Ankaradan Dəməşqə yola düşüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə Türkiyə ərazisində məcburi enişdən və müvafiq axtarışlardan sonra təyyarənin ötən gün axşam radələrində Dəməşqə yola düşməsinə icazə verilib.
Xatırladaq ki, Suriyaya məxsus sərnişin təyyarəsi Türkiyənin hava məkanına daxil olduqdan sonra türk silahlı qüvvələrinə məxsus qırıcı təyyarələrin müdaxiləsi ilə enməyə məcbur edilmişdi.
Təyyarədə mülkü aviasiya tələblərinə cavab verməyən yük tapılıb və müsadirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR