Vladimir Putinin helikopteri səmada təyyarə ilə toqquşmaq təhlükəsi ilə üzləşib

Vladimir Putinin helikopteri səmada təyyarə ilə toqquşmaq təhlükəsi ilə üzləşib
# 16 avqust 2012 11:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti yazıb.

Qəzetin bildirdiyinə görə, Rusiya aviasiyanın rəhbərliyi mayın 26-da baş vermiş bu insidenti gizlətmək istəyib.

Moskva ətrafındakı Bujarovo qəsəbəsi ərazisində RA-0988G-ın qeydiyyat nişanlı «Rockwell Commander 112TSA» tipli şəxsi idman təyyarəsi prezident helikopterinin uçuş kursuna girib.

Hadisə barədə helikopterin pilotu məlumat verib. Pilot bildirib ki, təyyarə helikopterin üzəri ilə uçur. Halbuki prezident helikopteri səmada olarkən hava məkanı boş olmalıdır.

«Rosaviasiya» və «Rostransnadzor» fövqəladə hadisə barədə bir neçə saat sonra xəbərdar olub. «Rosaviasiya»dan verilən məlumata görə, hadisənin araşdırılması artıq başa çatıb. Araşdırmalar zamanı məlum olub ki, təyyarənin pilotu Aleksandr Ryabin həvəskar-pilotdur. O, dispetçerlərə xəbərdarlıq etmədən havaya qalxıb. Buna görə A. Ryabin 2000 rubl cərimə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR