Ermənilər növbəti dəfə atəşkəsi pozublar

Ermənilər növbəti dəfə atəşkəsi pozublar
# 22 iyun 2012 06:28 (UTC +04:00)
Bakı-APA. Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıloba, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR