Azərbaycan prezidenti Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 19 mart 2012 12:06 (UTC +04:00)
APA-nın məlumatına görə, Novruz şənliklərində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının Azərbaycan xalqına ruzi-bərəkət gətirməsini arzulayıb. Prezident Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra Azərbaycan prezidenti və xanımı Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısı və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılanıb. Prezident və xanını aşıqların, muğam ifaçılarının çıxışlarını dinləyiblər. Milli Parkda təşkil edilən “Şərq bazarı”nda ölkənin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunub. Dövlət başçısına və xanımına hədiyyələr təqdim edilib.

Gənc pəhləvanlar xalça üzərində güləşib, idmançılar məharətlərini göstəriblər. Prezident, xanımı və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyib, qədim el sənətlərinin nümunələrinə baxıblar.

Dövlət başçısı və xanımı Azərbaycanda yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə də tanış olublar. Azərbaycan prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib. Prezident və xanımı bayram şirniyyatları ilə çay içiblər.

Dövlət başçısı və xanımı, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa ediblər. İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər.

Milli parkda təşkil edilmiş “Şərq bazarı”nda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq məhsulları da sərgilənib.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənilib.

Bahar qız prezident İ. Əliyev və M. Əliyevaya bayram xonçası təqdim edib.

Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı prezidentə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib.

Dövlət başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.
Azərbaycan prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.

Dövlət başçısı bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR