İranlı deputat: “Prezidentin parlamentdə dindirilməsi ölkədə stabilliyi poza bilər”

İranlı deputat: “Prezidentin parlamentdə dindirilməsi ölkədə stabilliyi poza bilər”
# 30 oktyabr 2012 12:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Mahmud Əhmədinejadın İran parlamentində dindirilməsi ölkədə qeyri-stabilliyin yaranmasına səbəb ola bilər”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu iranlı deputat Həsən Kamran deyib. O bildirib ki, prezidentin dindirilməsini ilə bağlı layihənin əleyhinə deyil: “Mən buna qarşı çıxmıram. Lakin ali dini liderimiz ayətullah Əli Xamneyi siyasətçiləri ölkədə stabilliyin təmin edilməsinə çağırıb. Prezidentin parlamentdə sorğu-sual edilməsi İranda stabilliyi poza bilər”.

Qeyd edək ki, M. Əhmədinejadın ölkə parlamentində dindirilməsi üçün deputatlar imza toplayır. İran parlamentinin daxili nizamnaməsinə əsasən, bunun üçün ən azı 74 millət vəkilinin imzası lazımdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR