«Azər-Türk Bank» xaricdən yeni kredit cəlb edib

«Azər-Türk Bank» xaricdən yeni kredit cəlb edib
# 06 avqust 2012 10:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın «Azər-Türk Bank» ASC-yə 5 il müddətinə 3 mln. ABŞ dolları həcmində kredit ayırıb. Bu, QDTİB-in Banka ayırdığı ikinci kreditdir və Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üçün nəzərdə tutulub.

«Azər-Türk Bank»dan «APA-Economics»ə verilən məlumata görə, bu kredit kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, xüsusilə də sənaye, kənd təsərrüfatı və digər sahələrin inkişafı və genişləndirilməsi istiqamətində istifadə olunacaq.

Eyni zamanda, bu vəsait avadanlıqlarla bağlı xidmət və ya məhsul üçün əsas dövriyyə tələblərini, sənaye və kənd təsərrüfatı sahibkarlığının ixracdan öncəki maliyyəsi və ixracını əhatə edəcək. «Bu kredit Azərbaycanda qeyri-neft sektorunun güclənməsi və ölkədə maliyyə xidmətlərinin inkişafı istiqamətində vacib amildir», - deyə bankdan bildirilib.

Qeyd edək ki, «Azər-Türk Bank» 1995-ci ildə təsis edilib. Bankın səhmdarları rolunda «T.C.Ziraat Bankası A.Ş.», «Aqrarkredit», «Ziraat Bank International AG» və «Turanbank» çıxış edir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR