Azərbaycanlı kino həvəskarları çəkdikləri qısametrajlı bədii filmi Kann festivalına göndərəcəklər

Azərbaycanlı kino həvəskarları çəkdikləri qısametrajlı bədii filmi Kann festivalına göndərəcəklər
# 21 fevral 2012 13:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Ultra Production” şirkətinin dəstəyi ilə bir qrup azərbaycanlı kino həvəskarı qısametrajlı bədii film üzərində işi başa çatdırıb. Kino həvəskarı olan Emil Quliyevin ssenarisi əsasında çəkilən “İnkoqnito” adlı filmin rejissoru bu sahədə debüt edən Zaur Qasımlıdır. Filmin yaradıcı heyətindən APA-ya verilən məlumata görə, “İnkoqnito” qısametrajlı bədii filminin bir sıra nüfuzlu beynəlxalq kino müsabiqələrinə, o cümlədən tanınmış Kann kinofestivalına göndərilməsi nəzərdə tutulub. Filmdə baş rolları gənc aktrisa Nigar İbrahimova və aktyor Qorqud Cəfərli ifa edirlər.

Tərbiyəvi-əxlaqi xarakter daşıyan 15 dəqiqəlik film Bakının adi mənzillərinin birində gənc, daim “ağ atlı şahzadə” haqda düşünən Emilya adlı qızdan bəhs edir. Emilyanın yaşadığı evdə həyat uzun müddət adi, monoton və dəyişməz olaraq qaldığı bir vaxtda qəfildən qapının zəngi çalınır. Naməlum şəxsdən Emilyaya ünvanlanan hədiyyələr onun həyatını tam dəyişir. O, hətta təsəvvürünə belə gətirə bilməzdi ki, “ağ atlı şahzadə” haqqında fikirlərin qüvvəsi eyni vaxtda bir neçə atlını onun qapısına cəlb edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR