Bank Of Baku

Bakıda yeni “Nissan Teana” avtomobil modelinin təqdimatı keçirilib - FOTOSESSİYA

Bakıda yeni “Nissan Teana” avtomobil modelinin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 20 iyun 2008 07:43 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, yeni “Nissan Teana” 2,0 litr (V4), 2,5 litr (V6) və 3,5 litr (V6) həcmli 186-250 at gücündə olan mühərriklərlə təchiz olunub. Avtomobil avtomatlaşdırılmış sürət ötürmə qutusu XTRONIC CVT-M6 variatorunun köməyi ilə sürətin mexaniki ötürmə qutusuna keçirilə bilər. Yeni “Nissan Teana” ABS, EBD, Nissan Brake Assist, VDC kimi təhlükəsizlik əyləc sistemləri ilə təchiz olunub. Bu yeni modelin satış qiyməti isə avtomobilin komplektasiyasından asılı olaraq 27,5-39,9 min manat təşkil edir.
“Nurgun Motors” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, artıq ölkəyə 50 ədəd yeni “Teana” modeli idxal olunub ki, bunların da demək olar ki, hamısı satılıb: “Bir neçə həftədən sonra əlavə 20 ədəd, avqust ayında isə daha 40 ədəd yeni “Teana” Azərbaycana gətiriləcək”.
Qeyd edək ki, yeni “Nissan Teana” modeli bu ilin aprel ayının 20-də Pekində (Çin) keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub. Hazırda Sankt-Peterburqda (Rusiya) tikilən “Nissan” avtomobil zavodunda yeni “Teana”nın istehsal olunacağı gözlənilir.
Xatırladaq ki, “Nurgun Motors” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 2 satış və 1 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR