Bank Of Baku

TRACECA dəhlizində daşıma tariflərinə baxıla bilər

TRACECA dəhlizində daşıma tariflərinə baxıla bilər
# 24 iyul 2008 13:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Yaxın illərdə TRACECA Hökumətlərarası Komissiyasına üzv ölkələri tərəfindən sözügedən dəhlizdə daşıma tariflərinə baxıla bilər. TRACECA Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev «APA-Economics»ə bildirib ki, TRACECA dəhlizində tariflərin tənzimlənməsinə dair məsələ ekspertlər səviyyəsində müzakirə olunub və bu sahədə ortaq fikirlər mövcuddur: «Tariflərlə bağlı məsələ nazirlər səviyyəsində müzakirə edilməli və razılıq olmalıdır. Bu məsələnin yüksək hökumət instansiyaları səviyyəsində müzakirəsi gözlənilir».
A. Mustafayevin sözlərinə görə, hazırda TRACECA-da tariflər digər marşrutlara nisbətən yüksəkdir. Buna səbəb isə tariflə bağlı məsələlərdə üzv ölkələrin mövqeyində fərqliliklərin olmasıdır.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Hazırda qurumda Avropa və Asiyadan 12 dövlət təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR