Bank Of Baku

Azərbaycan nəqliyyat nazirinin müavini Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru ilə görüşüb

Azərbaycan nəqliyyat nazirinin müavini Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru ilə görüşüb
# 25 iyul 2008 08:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nəqliyyat Nazirliyinin katibliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə DB ilə Azərbaycan arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub. Tərəflər DB ilə birgə həyata keçirilmiş, eləcə də davam etdirilən layihələr barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycanın DB ilə birgə həyata keçirdiyi layihələrdən Gəncə-Qazax avtomobil yolunun yenidən qurulması üzrə işlər artıq başa çatdırılıb, “Ələt-Masallı avtomobil yolunun yenidən qurulması və tikintisi”, “Tovuz dairəvi avtomobil yolunun yeni tikintisi” layihələri üzrə işlər isə davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR