Bank Of Baku

Azərbaycanın Fransadan aldığı ATR markalı sonuncu sərnişin təyyarəsi Bakıya avqust ayında gətiriləcək

Azərbaycanın Fransadan aldığı ATR markalı sonuncu sərnişin təyyarəsi Bakıya avqust ayında gətiriləcək
# 25 iyul 2008 09:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Fransadan aldığı ATR markalı növbəti sərnişin təyyarəsi avqust ayında Bakıya gətiriləcək. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AzAL) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhərrəm Səfərli məlumat verib. M. Səfərlinin sözlərinə görə, bu, müqavilə üzrə ölkəyə gətirilən ATR tipli sonuncu təyyarədir.
Qeyd edək ki, AzAL ölkəyə ümumilikdə 2 ədəd ATR 42-500 və 3 ədəd ATR 72-500 təyyarəsi gətirib. Sonuncu təyyarə Bakıya iyulun 22-də gətirilib.
Xatırladaq ki, Fransanın “Avions de Transport Regional” (ATR) şirkətinin istehsalı olan ATR 42-500 markalı təyyarə 40 yerli, ATR 72-500 təyyarəsi isə 70 yerlidir. Təyyarələrin alınmasına dair müqavilənin ümumi dəyəri 97,2 mln. ABŞ dolları təşkil edir. Avialaynerlərin uçuş sürəti 550-640 km/saat, maksimal uçuş məsafəsi isə 1600 km-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR