Bank Of Baku

Bu ilin ilk yarısında Azərbaycanda mobil telefon abunəçilərinin sayı 9% artıb

Bu ilin ilk yarısında Azərbaycanda mobil telefon abunəçilərinin sayı 9% artıb
# 25 iyul 2008 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanın telekommunikasiya və poçt müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 423,4 mln. manatlıq və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 37,3% çox rabitə xidməti göstərilib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin 79,3%-i bilavasitə əhaliyə göstərilib. Əldə olunan gəlirlərin 713 %-i mobil telefon rabitəsindən yaranıb və 2007-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu xidmətlərin həcmi 42,2% çoxalıb. Mobil telefon abunəçilərin sayı ilk altı ay ərzində 8,9% artıb, 2008-ci il iyul ayının 1-ə abunəçilərdə olan nömrələrin sayı 4,9 mln. təşkil edib.
Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 26,6%, Quba-Xaçmaz iqtisadi rayonunda 26,4%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 46%, Şəki-Zaqatala iqtisadi rayonunda 30,8%, Aran iqtisadi rayonunda 25,8%, Lənkəran iqtisadi rayonunda 32,8%, Gəncə-Qazax iqtisadi rayonunda isə 23,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR