Bank Of Baku

Azərbaycandan Qarsa Bakı-Tiflis-Qars dəmir yolu ilə 1 sutkaya getmək mümkün olacaq

Azərbaycandan Qarsa Bakı-Tiflis-Qars dəmir yolu ilə 1 sutkaya getmək mümkün olacaq
# 25 iyul 2008 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu işə salınandan sonra sərnişinlər qatarla Bakıdan Qarsa 1 sutkaya gedə biləcəklər. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) baş mühəndisi Qurban Nəzirov «APA-Economics»ə açıqlamasında bildirib ki, bu yoldan istifadə etməklə, Azərbaycan vətəndaşları qatarla Türkiyəyə, oradan da Avropaya səfər edə biləcəklər: «Bakıdan Türkiyə sərhədinə 800 kilometrdir. Bu yolda bəzi vaqonlar istisna olunmaqla, bütün yük və sərnişin vaqonları hərəkət edə biləcək. Yol ən müasir standartlara cavab verəcək».
Q. Nəzirovun sözlərinə görə, yol tariflərini Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq qurumları birgə müəyyənləşdirəcək. Tariflər beynəlxalq qiymətlərə uğun olacaq.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinə 2007-ci il noyabrın 21-də, Türkiyə ərazisində isə bu il iyulun 24-də start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR